Rusiyanın Tümen vilayətində Andreyevskiy gölünün sahilində “vəhşi çimərlik”də dincələn insanlar qəfildən üzərlərinə tank gəldiyini görüblər.
“AzPolitika.info” bu haqda “Gazeta.ru”ya istinadla xəbər verir.
Tank bu səhər çimərlikdə peyda olaraq, çimərlikdə manevrlər etməyə başlayıb və bunu görən insanlar panikaya düşüblər.
Şahidlərin dediyinə görə, tank sürətlə hərəkət etdiyindən, insanların həyatı üçün də real təhlükə yaranıb.
Mətbuatın bildirdiyinə görə, həmin çimərlik əslində Müdafiə Nazirliyinə, daha doğrusu hərbi liseyə məxsusdur.
Sözügedən hərbi liseydən bildiriblər ki, bu yaxında təlimlər olacaq deyə, həmin tank çimərlikdə “sadəcə yol açırdı.
“Bu barədə polisə də bildirmək lazımdır ki, ora kənar şəxsləri buraxmasınlar. Həmin çimərlik təlim yeridir. Ordan çimərlik kimi istifadə etmək olmaz”, - deyə bildirilib.
Rüfət
AzPolitika.info


Şərhlər