Menu

Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi açıqlanıb

10.07.2023, 17:49
Ərdoğanla Baydenin görüşünün vaxtı və gündəliyi açıqlanıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ-ın dövlət başçısı Cozef Baydenin görüşünün vaxtı açıqlanıb.

“Report” “CNN Türk”ə istinadən xəbər verir ki, iki ölkə liderləri iyulun 11-də yerli vaxtla saat 18:00-da bir araya gələcəklər.

R.T.Ərdoğan və C.Baydenin görüşü NATO-nun Vilnüsdə keçiriləcək sammiti çərçivəsində baş tutacaq.

Liderlərin qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən NATO-nun genişlənməsini və Ukraynadakı müharibəni müzakirə edəcəkləri gözlənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol