"Elm və təhsil nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri - mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm".
Bu fikirləri millət vəkili, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurannın üzvü Etibar Əliyev öz “facebook” səhifəsindən paylaşdığı statusda bildirib.
“AzPolitika.info” E.Əliyevin qeydlərini təqdim edir: " Bu gün Elm və Təhsil Nazirliyinin yanında İctimai Şuranın iclası keçirildi. İclasdan bir gün əvvəl Elm və Təhsil naziri Emin Əmrullayevlə şəxsi "WhatsApp" yazışmamın nazirliyə yaxın sosial şəbəkə hesablarında paylaşılması məsələsinin də müzakirəsinin gündəliyə salınmasını təklif etmişdim. Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirilməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq məsələ gündəliyə salınmadı.
İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar. Şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir.
Mənim təkliflərimdən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. Bugünkü müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın (Emin Əmrullayevin) təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb.
Bütün bunları əsas götürüb, Elm və Təhsil Nazirliyinin yanında İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və Şura üzvlüyündən istefa verirəm".

Şərhlər
Ictimai shuralar secilmirler, teyin olunurlar, butun qurumlarda beledir ve formal xarakter dashiyir. Demokratiya, soz azadligi olmayan olkede hansi ictimai shuradan danishmaq olar?
timaiyyətdə V.Əhmədov və Etibarın deputat kimi nüfuzu xeyli yüksəkdir və bu onun üçün problem olacaq.. İndiki vəziyyətdə istedadını i
ictimayətləndirməsində edib və məncə səhv etdi və problemi daha da artacaq. Amma bunları istisna etsək təqdirəlayiqdir.