Menu

Ukraynanın NATO-ya de-fakto üzvlüyü Vilnüsdə təsdiq olunmalıdır – Zelenski

11.07.2023, 00:08
Ukraynanın NATO-ya de-fakto üzvlüyü Vilnüsdə təsdiq olunmalıdır – Zelenski

NATO üzvlərinin əksəriyyəti Ukrayna ilə həmrəydir və Vilnüs sammiti Ukraynanın faktiki olaraq hərbi alyansın üzvü olduğunu təsdiq etməlidir.

“AzPolitika.info” “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri Ukrayna Prezidenti Volodimir Zelenski bazar ertəsi videomüraciətində deyib.

"Alyans üzvlərinin əksəriyyəti bizimlə möhkəm dayanır", - Zelenski bildirib.

"Biz NATO-ya üzv olmaq üçün müraciət edəndə açıq danışdıq: de-fakto, Ukrayna artıq alyansdadır. Silahlarımız alyansın silahıdır. Bizim dəyərlərimiz alyansın inandığı dəyərlərdir. Vilnüs bütün bunları təsdiqləməlidir".

Zelenski Rusiyaya qarşı müharibədə Ukraynaya əlavə silah təchizatının da sammitdə müzakirə ediləcəyini deyib və əlavə edib: “Əminəm ki, insanlarımız üçün Vilnüsdən silahlarla bağlı müsbət xəbərlər ola bilər”.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol