Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsi komandanının müavini, general-leytenant Oleq Tsokov Ukraynada öldürülüb.
Tsokov işğal olunmuş Berdyansk şəhərində Rusiyanın 58-ci ordusunun komanda məntəqəsinin "Storm Shadow" raketi ilə vurulması nəticəsində həlak olub. Faktı rus hərbi müxbirləri də təsdiqləyib.
Ekspertlərə görə, böyük ehtimalla, onunla bərabər başqa yüksək rütbəli zabitlər də həyatını itirib. Bu, Ukrayna tərəfinin ciddi uğurudur.
Rus hərbi müxbirlərinin başqa bir məlumatı isə budur ki, 58-ci ordunun komandanı, general-mayor İvan Popov vəzifədən kənarlaşdırılıb. Popov Zaporojye istiqamətində xeyli vaxtdır döyüşən və itkilər verən birləşmələrin rotasiyası məsələsini qaldırıb. Lakin Baş Qərargah rəisi və Ukraynadakı qoşunların komandanı Gerasimov bu tələbi rədd edib. Popov bu barədə Putinə məruzə edəcəyini dedikdən sonra Gerasimov onu şantajda ittiham edərək vəzifədən qovub və ön xəttə göndərib.
“AzPolitika.info”


Şərhlər