Menu

Türkiyə üçün “F-16 yolu” da açılır - Ağ Ev Türkiyənin istəyini dəstəkləyir

11.07.2023, 12:56
Türkiyə üçün “F-16 yolu” da açılır - Ağ Ev Türkiyənin istəyini dəstəkləyir

“Prezident Co Bayden Türkiyəyə “F-16” tədarükü ideyasını dəstəkləyir”.

“AzPolitika.info” xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Ceyk Sallivan deyib.

Sallivan bildirib ki, Bayden Türkiyəyə yeni “F-16”-ların verilməsinin ABŞ-ın milli maraqlarına uyğun olduğunu düşünür. O, əlavə edib ki, Türkiyənin potensialının artması NATO-nun maraqları çərçivəsindədir.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller isə bildirib ki, Vaşinqton Ankaraya “F-16”-ların verilməsilə yanaşı, Türkiyənin Avropa İttifaqına qoşulmaq istəyini də dəstəkləyir.

“AzPolitika.info” 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol