NATO üzvləri arasında Ukraynanı üzvlük yoluna necə çıxaracağı ilə bağlı fikir ayrılıqlarını aradan qalxmaq üzrədir.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Reuters” agentliyi adlarını açıqlamadığı diplomatlara istinadla məlumat yayıb.
Agentlik bildirir ki, görünür, müttəfiqlər Kiyevin alyansa qoşulması qarşısındakı bir maneəni aradan qaldırıblar.
NATO-nun baş katibi Yens Stoltenberq, digər Şərqi Avropa ölkələrinin alyansa qoşulmazdan əvvəl yerinə yetirməli olduğu siyasi, iqtisadi və hərbi məqsədlərin siyahısını - Üzvlük Fəaliyyət Planı (MAP) tələbinin aradan qaldırılmasını özündə əks etdirən paket irəli sürdüyünü bildirib.
Alyansın bütün 31 üzvü üçün məqbul olan sammit kommünikesinin mətnini razılaşdırmağa çalışan diplomatların sözlərinə görə, bazar ertəsi bu istiqamətdə irəliləyiş əldə olunub.
Onların sözlərinə görə, bu “irəliləyiş” növbəti gün razılığın əldə olunacağına ümidləri artırıb.
Rüfət
“AzPolitia.İnfo”


Şərhlər