Fransa Ukrayna ordusunun əks-hücumunu dəstəkləmək üçün Ukraynaya uzaqmənzilli raketlər göndərmək qərarına gəlib.
“AzPolitika.info” xəbər verir ki, bunu Fransa prezidenti Emmanuel Makron NATO-nun Vilnüsdə keçirilən sammitində deyib.
Bildirilir ki, bunlar uzaq məsafədə idarəolunan və stasionar hədəfləri vura bilən SCALP hava-yer raketləri olacaq. SCALP-nin rəsmi uçuş məsafəsi 250 kilometrdir, lakin modifikasiyadan asılı olaraq 500 kilometrə çata bilər.
Bundan əvvəl Fransa Ukraynanın Rusiya ərazisinə zərbələr endirmək üçün istifadə edəcəyindən ehtiyat etdiyi üçün bu cür raketlərin tədarükündən imtina etmişdi.
2023-cü ilin may ayından etibarən Böyük Britaniya tərəfindən Ukraynaya “Storm Shadow” adlı eyni uzaqmənzilli raketlər verilir. İlk dəfə olaraq Ukrayna onlardan Luqanska - cəbhə xəttindən yüz kilometr aralıda zərbə endirmək üçün istifadə edib. Mayın sonunda Ukrayna Müdafiə Nazirliyi detalları dəqiqləşdirmədən “Storm Shadow” dan istifadəsini təsdiqləyib.
“AzPolitika.info”


Şərhlər