Menu

Paşinyan ABŞ dövlət katibi ilə telefonla danışıb

11.07.2023, 20:44
Paşinyan ABŞ dövlət katibi ilə telefonla danışıb

Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ dövlət katibi Entoni Blinken arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Paşinyan "Twitter"də bildirib.

"Dövlət katibi Blinken ilə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə davam edən danışıqlar, Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin təmin edilməsi üçün lazımi addımlar, həmçinin beynəlxalq iştirakla Bakı-Xankəndi dialoqunun vacibliyi kimi mühüm məsələləri müzakirə etdik" - Paşinyan əlavə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol