Ağ Ev uzaqmənzilli ATACMS raketlərinin Ukraynaya göndərilməsi ilə bağlı məxfi müzakirələr aparır.
“AzPolitika.info” xəbər verir ki, bubarədə “NewYorkTimes” ikiamerikalı və biravropalı məmuraistinadən məlumat yayıb.
Nəşrin həmsöhbətləri bildiriblər ki, söhbət ehtiyatda olan yer-yer sinfinə aid bir neçə idarəolunan raketin tədarükündən gedir.
Bununla belə Pentaqon Ukraynanın hazırda uzaqmənzilli raketlərə ehtiyac duymadığını iddia edir. Qeyd olunur ki, Amerikanın ATACMS arsenalı nisbətən kiçikdir və mövcud raketlər Koreya yarımadasında yerləşdirilib. Qəzet yazır ki, onların Ukraynaya köçürülməsi digər “qaynar nöqtələrin” təhlükəsizliyini təhlükə altına qoyur.
Kiyev uzun müddətdir ki, təqribən 300 kilometr uçuş məsafəsinə malik ATACMS taktiki raket sistemlərini əldə etməyə çalışır. Bildirir ki, bu raketlər Ukrayna ordusuna cəbhə xəttinin xeyli gerisində yerləşən Rusiya qoşunlarına zərbə endirməyə kömək edəcək. Qəzet əlavə edir ki, Ukrayna Rusiyanın pilotsuz təyyarələrin buraxılması üçün baza kimi istifadə etdiyi ilhaq edilmiş Krımdakı hədəfləri vurmaq isətyir.
Vaşinqton əvvəllər Ukraynanın Rusiya ərazisinə zərbələr endirə və münaqişəni daha da gərginləşdirə biləcəyindən narahat olaraq, ATACMS raketlərini ötürməkdən qəti şəkildə imtina edib.
“AzPolitika.info”


Şərhlər