Menu

"Söyüdlüdə xəstələnmə hallarının tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib" - Komissiya sədri

12.07.2023, 16:21
"Söyüdlüdə xəstələnmə hallarının tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib" - Komissiya sədri

"Səhiyyə Nazirliyinin verdiyi məlumata görə, Gədəbəy rayonunun Söyüdlü kəndində sağlamlıq nöqteyi-nəzərdən sakinlərə ciddi təsirlərin olmadığı müəyyən edilib".

“Report” xəbər verir ki, bunu Gədəbəy rayonunun Söyüdlü kəndində vəziyyətin araşdırılması məqsədilə yaradılan Komissiyanın sədri, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev keçirdiyi brifinqdə deyib.

"Xəstələnmə səviyyəsi ümumi rayon üzrə orta statistik göstəricilərdən aşağıdır. Bu da o deməkdir ki, xəstələnmə hallarının Söyüdlüdə olan tullantı ilə əlaqəli olduğu təsdiqlənməyib", - o, əlavə edib.

Komissiya sədri bildirib ki, 86 nöqtədə radiasiya fonu, zərərli qaz və digər əksər parametrlər üzrə göstəricilər normalar daxilində olub.

Şərhlər

t.ədalət 2023-07-13 09:31:49

Qəıribədir, sionidi dünya elmi ən təhlükəli zəhər kimi tanısa da,Azərbaycanda onu ionək südü kimi zərərsiz hesab edirlər...

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol