Ermənistanın Baş naziri Nikol Paşinyanla Azərbaycan Prezidenti İlham Əliyev iyulun 21-də Brüsseldə görüşə bilər.
“AzPolitika.info” xəbər verir ki, bunu "Amerikanın Səsi"nə Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
Prezident İ.Əliyev iyulun 11-də deyib ki, yaxın günlərdə sülh müqaviləsi ilə bağlı Ermənistanla yüksək səviyyəli danışıqlar aparılacaq.
Əliyevin sözlərinə görə, Azərbaycanın sülh danışıqları ilə bağlı mövqeyi aydındır, məntiqlidir, beynəlxalq hüquqa əsaslanır. O bildirib ki, bu ilin mayında Ermənistan artıq Azərbaycan ərazisinin parametrlərini də, o cümlədən Qarabağ və anklav kəndlər daxil olmaq şərtilə rəsmən tanıyıb: "Sıra gəlib çatıb ki, eyni sözlər kağız üzərində də öz təsdiqini tapsın, imzalar atılsın və münasibətlər yaradılsın".
İyunun 1-də Kişinyovda danışıqlardan sonra Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel demişdi ki, Ermənistan Baş naziri və Azərbaycan Prezidentinin üçtərəfli formatda növbəti görüşü iyulun 21-də Brüsseldə baş tutacaq.
“AzPolitika.info”


Şərhlər