Menu

“İsrailin Azərbaycandakı səfirliyinə hücum planının arxasında İran dayanıb” – Eli Koen

13.07.2023, 11:33
“İsrailin Azərbaycandakı səfirliyinə hücum planının arxasında İran dayanıb” – Eli Koen

İsrailin Azərbaycandakı səfirliyinə hücumun zərərsizləşdirilməsi xəbərinə münasibət bildirən bu ölkənin xarici işlər naziri Eli Koen hücumun arxasında İran İslam Respublikasının olduğunu bildirib.

“AzPolitika.info” “The Times of Israel” nəşrinə istinadla xəbər verir ki, Serbiyada səfərdə olan Eli Koen bununla bağlı açıqlamasında qeyd edib: “İran terrorçuluğu qlobal təhlükədir. İranın son aylarda Azərbaycanda, Kiprdə və Yunanıstanda israillilərə və yəhudilərə hücum etməyə cəhd etdiyinin şahidi olduq. İsrailin Azərbaycandakı səfirliyinə hücum planının arxasında İran dayanıb”.

Xatırladaq ki, iyulun 10-da paytaxt Bakıda terror aktı təşkil etmək istəyən Əfqanıstan vətəndaşı həbs edilib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol