Menu

“F-16-ların tədarükü üçün çalışırıq, ABŞ məsələyə müsbət yanaşır" - Türkiyə Prezidenti

13.07.2023, 14:23
“F-16-ların tədarükü üçün çalışırıq, ABŞ məsələyə müsbət yanaşır" - Türkiyə Prezidenti

“F-16 qırıcılarının tədarükü üçün çalışırıq”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu iyulun 11-12-də Vilnüsdə keçirilən NATO sammitindən qayıdan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Türkiyə ilə ABŞ arasında strateji əlaqələr var: “Sammit çərçivəsində görüşümüz də çox məhsuldar oldu. 1 saatdan çox danışdıq. ABŞ Prezidenti Cozef Bayden F-16-ların tədarükünə müsbət yanaşır”.

Ərdoğanın sözlərinə görə, hazırda bu məsələ ilə bağlı xarici işlər və müdafiə nazirlikləri səviyyəsində təmaslar davam edir.

Şərhlər

Oxucu. 2023-07-13 22:54:28

Vallah haçansa abş-ın türkiyəyə işi düşür bütün məsələlərə müsbət yanaşır,quyruğu qapıdan çıxan kimi sözünü tutmur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol