Menu

Putinin partiyasından üsyankar generala dəstək - Tukaç Qurulevi ittiham edib

13.07.2023, 15:06
Putinin partiyasından üsyankar generala dəstək - Tukaç Qurulevi ittiham edib

"Rusiya Müdafiə Nazirliyinin rəhbərliyini tənqid etdikdən sonra Cənub Hərbi Dairəsinin 58-ci Birləşmiş Silahlı Qüvvələrinin komandanı vəzifəsindən azad olunan general-mayor İvan Popov kimi hərbçilərlə fəxr etməlidir”.

"Azpolitika.info" xəbər verir ki, bunu hakim “Vahid Rusiya” Partiyası Baş Şurasının katibi, senator Andrey Turçak deyib.

“İvanın vicdanı təmizdir. Vətən belə komandirləri ilə fəxr edə bilər”, – o, Telegram kanalında yazıb.

Eyni zamanda, Turçak Popovun başqa cəbhədəki problemlərlə bağlı tabeliyində olanlara müraciətinin ictimailəşməsindən qəzəblənib. Həmin müraciəti Rusiya Duması Müdafiə Komitəsinin üzvü Andrey Qurulev internetdə yerləşdirib.

“General Popovun müraciəti ictimai deyildi və 58-ci Ordunun komandirləri və əsgərlərinin şəxsi çat söhbətlərində yerləşdirilmişdi. Deputat Qurulevin bunu əldə etməsi və bundan siyasi şou çıxarması onun vicdanında qalsın. Onun digər açıqlamaları və şərhləri kimi…”, – Turçak bildirib.

Turçak əlavə edib ki, ordu siyasətdən kənarda olub və qalır.

Qurulev tərəfindən dərc edilən müracətdə Popov bildirib ki, ordunun əsas problemi və faciəsi əks-batareya döyüş və artilleriya kəşfiyyat stansiyalarının olmamasıdır. Onun sözlərinə görə, məhz buna görə hərbçilər kütləvi şəkildə ölür və yaralanır. 

"Azpolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol