Tehrandakı Evin həbsxanasında məhbus olan azərbaycanlı fəal Mahmud Ocaqlı Tehran İnqilab Məhkəməsi tərəfindən 16 il həbs və əlavə cəzalara məhkum edilib.
“AzPolitika.info” xəbər verir ki, bu barədə İranda İnsan Haqları Təşkilatı (HRANA) məlumat yayıb.
Məlumata görə, Mahmud Ocaqlı İslam Cinayət Məcəlləsinə görə, “İslam Respublikası əleyhinə təbliğat aparmaq”, “ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə Azərbaycanın Milli Hərəkat Qrupuna üzv olmaq” və “insanları döyüşə və bir-birini öldürməyə təhrik etmək” ittihamları ilə ümumilikdə 16 il müddətində azadlıqdan məhrum edilib.
Xatırladaq ki, o, ötən il “rejim əleyhinə təbliğat aparmaq” ittihamı ilə həbs edilmişdi.
“AzPolitika.info”


Şərhlər