Azərbaycanda taksi sürücülərinə dair yeni tələblər III oxunuşda qəbul olunub.
"Report"un xəbərinə görə, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında III oxunuşda müzakirəyə çıxarılan “Avtomobil nəqliyyatı haqqında” qanunda dəyişiklik layihəsində əksini tapıb.
Dəyişikliklə xüsusi hazırlığın təşkili və keçirilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum), habelə mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, təhsil müəssisələri tərəfindən müqavilə bağlanılmaqla təmin ediləcək.
Xüsusi hazırlığın nəticələrinə dair daşıyıcılarla və ya sürücülərlə bağlanmış müqavilə əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılmış qiymətləndirməyə əsasən 7 (yeddi) il müddətində etibarlı olan sənəd veriləcək. Qiymətləndirmənin aparılmasına görə haqqın məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.


Şərhlər
Milli Məclis,yaxşı olar ki,xalqa dərd gətirən yüngül məzmunlu qanunlar yox,xalqüın dərdini azaldan milli təəssübkeşliklə,əhalinin güzaranının yaxşılaşdırılması ilə əlaqədar qanunlar qəbul etsin.İki aydır ki,oğlunun toyunda milyon dollarları xərcləyən TƏBİB sədri müharibə əlillərinə verilən əsas dərmanların verilməsini dayandırıb.Sonra da müharibənin hələ bitmədiyi bir vaxtda Azərbaycanda nazir təyin edilənlərin əksəriyyətinin anası,arvadı və qaynanası ermənidir.Bunlara qarşı mübarizə aparmaq,onların təyinatını əngəlləyən qanunlar qəbul etmək lazımdır.Bu günkü deputatların erməni bulaşıqlarına qarşı susğunluğu tarixin yaddaşında qalacaq.