Menu

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb, deputatlar tətilə çıxıb

14.07.2023, 12:55
Milli Məclisin növbədənkənar sessiyası başa çatıb, deputatlar tətilə çıxıb

Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.

“Report”un xəbərinə görə, bu gün keçirilən son iclasda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiya müddətində 9 iclas keçirilib, 90 qanun və qərar qəbul edilib.

İclasın sonunda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Bununla da Milli Məclisin deputatları tətilə çıxıb.

Parlamentin üzvləri iyulun 15-dən avqustun 30-dək istirahətdə olacaqlar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol