Menu

Biləsuvarda yeniyetmə qızı avtomobil vuraraq öldürüb

14.07.2023, 14:29
Biləsuvarda yeniyetmə qızı avtomobil vuraraq öldürüb

Biləsuvar rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə rayonun Zəhmətabad kəndində qeydə alınıb.

Belə ki, kənd sakini olan yeniyetmə qızı avtomobil vuraraq öldürüb. Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol