Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsinə order verilən Rusiya lideri Vladimir Putinin Cənubi Afrikada keçiriləcək “BRİKS” sammitində iştirak edəcəyi bildirilir.
“AzPolitika.info” xəbər verir ki, Cənubi Afrika Prezidenti Siril Ramafosa mətbuata açıqlamasında bildirib ki, sammitdə bütün liderlər, o cümlədən Vladimir Putin də iştirak edəcək.
Qeyd edək ki, Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikanın daxil olduğu dövlətlərarası assosiasiyanın sammitində ən azı 22 ölkənin liderlərinin iştirakı gözlənilir.
Sammit Cənubi Afrikanın ən böyük şəhəri Yohannesburqda 22-24 avqust tarixlərində baş tutacaq.
“AzPolitika.info”


Şərhlər