Menu

PUTİN ORDUDA “TƏMİZLİK” İŞLƏRİ APARIR – 13 yüksək rütbəli zabit saxlanılıb

14.07.2023, 15:07
PUTİN ORDUDA “TƏMİZLİK” İŞLƏRİ APARIR – 13 yüksək rütbəli zabit saxlanılıb

Rusiya Vaqner”-in məlum üsyanından sonra orduda “təmizlik” işlərinə başlayıb. Qiyamın ardından onlarla rus zabiti saxlanılıb.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ-ın nüfuzlu “Wall Street Journal” nəşri özəl mənbələrinə istinadla məlumat yayıb.

Məlumatlı mənbənin bildirdiyinə görə, “Vaqner”-in üsyanından sonra azı 13 yüksək rütbəli zabit saxlanılıb. Onların bəzilərinin sonradan sərbəst buraxıldığı, bir qisminin də ordudan uzaqlaşdırıldığı bildirilir.

Saxlanılanlar arasında Suriyadakı qanlı bombardmanın başında duran “General Armageddon” ləqəbli Sergey Surovikin də olduğu iddia edilir.

O, iğtişaş baş verən gündən bəri ictimaiyyət arasında görünmür.

Bundan əlavə, saxlanılanlar arasında general-polkovnik Andrey Yudin, hərbi kəşfiyyat rəhbərinin müavini, general-leytenant Vladimir Alekseyev və müdafiə nazirinin keçmiş müavini Mixail Mizintsevin də olduğu güman edilir.

Mənbələrin “WSJ”-yə verdiyi məlumata görə, siyahıda adı açıqlanmayan digər yüksək rütbəli zabitlər də var.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol