Menu

ABŞ “yararsız” sistemləri Tayvandan alıb Ukraynaya göndərir - KİV

15.07.2023, 10:04
ABŞ “yararsız” sistemləri Tayvandan alıb Ukraynaya göndərir - KİV

Birləşmiş Ştatlar Tayvandan istismardan çıxarılan “HAWK” raketlərini almaq və müdafiə yardımı paketi çərçivəsində onları Ukraynaya göndərmək niyyətindədir..

“AzPolitika.info” “Gazeta.ru” saytına istinadla xəbər verir ki, bu barədə Tayvanın “China Times” qəzeti anonim mənbələrin məlumatına əsasən yazıb.

Nəşrin məlumatına görə, iki ölkənin hakimiyyət orqanları 2022-ci ildə yüksək rütbəli təhlükəsizlik rəsmiləri ilə məsləhətləşmələrdən sonra alışa razılaşıblar.

Məqalədə qeyd edilir ki, belə bir transfer ABŞ administrasiyası tərəfindən daha əvvəl elan edilmiş 2,1 milyard dollarlıq hərbi yardım paketinin bir hissəsi kimi həyata keçirilməlidir.

“MIM-23 HAWK” qoşunları qorumaq üçün nəzərdə tutulmuş, yarı stasionar orta mənzilli hava hücumundan müdafiə sistemidir.

Bundan əvvəl “Foreign Policy” qəzeti Ukrayna Silahlı Qüvvələrinə verilən “Hawk” hava hücumundan müdafiə sisteminin ölkəyə radarsız gəldiyini yazıb.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol