Menu

Estoniya Rusiya casusunu ABŞ-a təhvil verdi

15.07.2023, 10:37
Estoniya Rusiya casusunu ABŞ-a təhvil verdi

Estoniya hökuməti Rusiya vətəndaşı Vadim Konoşenkonu ABŞ-a ekstradisiya edib.

“AzPolitika.info” xəbər verir ki, bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.

Vaşinqton Konoşenokun FSB zabiti olduğunu iddia edir. ABŞ onu, daha dörd rusiyalını və iki amerikalını Estoniyadan Rusiyaya qaçaqmalçılıq yolu ilə ABŞ mənşəli mallar, o cümlədən ixracına nəzarət edilən ikili təyinatlı elektronika və döyüş sursatları keçirməkdə şübhəli bilir.

Konoşenko ötən ilin dekabrında Estoniyada həbs edilib. İttihama görə, o, Rusiyaya 35 növ yarımkeçirici və elektron komponentlər aparmağa cəhd edib. Rusiyalı avadanlığın ötürülməsi müqabilində 10 faiz komissiya alıb.

Bütün müttəhimlər Moskvanın “Sernia Engineering” və “Sertal” şirkətləri ilə əlaqəli olublar. ABŞ rəsmilərinə görə, Rusiya kəşfiyyat xidmətləri onlara nəzarət edib. Təqsirləndirilən şəxslərin hər birini 30 ilə qədər həbs gözləyir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol