İyulun 15-i saat 10:00 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Xocalı rayonu istiqamətində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.
Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
"Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb", - məlumatda qeyd olunub.


Şərhlər
Üzr istəyirəm, nə qədər ki, Azərbaycan özünə Ermənistanla adekvat Hüquqi Münasibət, status-kvo tələb etməyəcək bağlanan sülh müqaviləsi belə formal kağız olacaq? Kütləvi etnik deport və işğal cinayətkarları təhvil verilmir, əksinə əlavə mühafizə olunur, heç olmazsa adekvatca Ermənistana deport edilmirlər?