Menu

Madaqaskarda taun epidemiyası: 40 ölü

22.11.2014, 08:55
Madaqaskarda taun epidemiyası: 40 ölü

Madaqaskarda avqustun sonlarından etibarən 40 nəfər taun xəstəliyinin qurbanı olub.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, ölkədə ümumilikdə 119 nəfər xəstəliyə yoluxub.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) qənaətinə görə, Madaqaskarın paytaxtında əhalinin sıxlığı və zəif səhiyyə sistemi ilə əlaqədar taun xəstəliyinin geniş yayılması təhlükəsi var. Hələ ki Antananarivuda iki yoluxma hadisəsi qeydə alınıb, onlardan biri ölümlə nəticələnib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol