Menu

Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkarlanması ilə bağlı araşdırma aparılır

15.07.2023, 16:28
Ağdamda insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkarlanması ilə bağlı araşdırma aparılır

Ağdam rayonunda minatəmizləmə işləri zamanı insan sümüklərinə bənzər sümük fraqmentləri aşkarlanıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı araşdırma aparılır.

"İyulun 14-ü Ağdam rayonunun işğaldan azad olunmuş Sarıcalı kəndi ərazisində minatəmizləmə işləri aparılan zaman insan sümüklərinə bənzər sümük fraqmentlərinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda araşdırma aparılır", - məlumatda qeyd edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol