Böyük Britaniyada London polisinin kötücəsi Qarındeşən Cekin kimliyini müəyyən edə bilib.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” qəzeti yazıb.
Nəşrin məlumatına görə, qadın Oksford Universitetinin əməkdaşıdır. O, məşhur manyakın Hayam Hayms olduğunu güman edir.
Belə ki, polisin qohumunun dediyinə görə, o, Haymsı fərqli fiziki xüsusiyyətlərinə görə tanıya bilib – onun qatlanmayan sol əli və özünəməxsus yerimə tərzi var idi.
Bundan başqa, həmin şəxs qətllərin baş verdiyi ərazidə yaşayıb və bıçaqdan yaxşı istifadə etməyi bilirmiş.


Şərhlər
Deyir ki,”onun qatlanmayan sol əli və özünəməxsus yerişi vardı,həmin şəxs qətllərin baş verdiyi ərazidə yaşayırdı və bıçaqdan yaxşı istifadə etməyi bilirmiş”.Elə buna görə deyirsiniz ki,qatil ucaboy,enlikürək olub? A balam,Stalinin də bir əli qatlanmayıb və özünəməxsus yerişi olub,üstəlik bütün qətllərin baş verdiyi ərazidə yaşayıb,daha doğrusu qətlləri özü təşkil edib.Bıçaqdan isə bütün kişilər gözəl istifadə edir ,elə dönərkababçılar var qılınc boyda bıçağı elə oynadırlar ki,deyirsən Koroğlunun nəvəsidi ki durufdu.Mən Trabzonda Nataşa üstündə iki dönərçinin davasını görmüşəm,hərəsinin əlində dönər qılıncı, birinin əlində qalxan əvəzinə yekə qazanın qapağı varıydı,o birinin əlində taburetka.Taqqataraq dava edirdilər Koroğluyla Dəli Həsən kimi.O hesabla qarındeşən Cek ya dönərşik olub,ya da Stalin.