Menu

Qubada bu körpüdən keçmək niyə ödənişlidir? - VİDEO

16.07.2023, 15:47
Qubada bu körpüdən keçmək niyə ödənişlidir? - VİDEO

Quba rayonunun Qəçrəş kəndindəki asma körpüdən keçmək üçün ödəniş tələb olunur.

Bu barədə "AzPolitika.info"-ya ünvanlanan müraciətdə bildirilir.

Məlumata görə, Qudyalçayın üzərində yerləşən asma körpüdən qarşı tərəfə keçmək istəyən vətəndaşlar adambaşına 1 manat ödəyirlər.

Saytımıza təqdim olunan videodan da görünür ki, körpünün üzərində ödənişli olmasıyla bağlı məlumat löhvəsi asılıb və əraziyə nəzarətçi qoyulub.

Qeyd edək ki, uzunluğu 100, çay yatağından hündürlüyü 9 metrə qədər olan bu körpüdən istifadə üçün böyüklərlə yanaşı, azyaşlılardan da ödəniş alınır.

Yerli sakinlərin bildirdiyinə görə, körpüdən keçərkən onlara hər hansı ödəniş qəbzi verilmir. Vətəndaşlar bunun tamamilə qanuna zidd olduğunu bildirirlər.

"AzPolitika.info"



Şərhlər

dadaşyev 2023-07-17 23:22:03

Belə yerlərdə pul yığan gədələr var haa,bax ola bilsin onları bir tikə boylarından inandıra biliblər ki,o körpünü kolxozlaşma zamanı hər hektardan 25 sentner taxıl yığan bolşevik babanızla zastoy vaxtı hər ağacdan 25 kilo alma yığan dədəniz tikib,ona görə gedin dayanın orda,gələnindən-gedənindən alın pulu,qoyun cibişdana,körpünün pulunu çıxardın.Bizə də görüm-baxım eləməyi unutmayın haa.Siz də yaşayın,biz də.Görsəniz ağız əyən var,bizə bir vızov atın,gələk başa salaq.Mesaj yazsanız üstüörtülü deyin,məsəla “havalar yaman istiləşib,dayanmaq mümkün deyil” və ya “Bu gün bərk küləkdi,dənizə kəllə vurammırıq”.

Roma 2023-07-17 08:32:58

Çox az qalıb, bir azdan aldığımız hava da pullu olacaq, xüsusi qablarda satılacaq, pulu olan alacaq, bizim kimilər də havasız qalıb boğulacağıq...

dadaşyev 2023-07-17 00:21:22

A balam,qəbz vermirsə,demək fırıldaqçıdır,dövlətə vergi ödəmir.Elə isə bir az camaatda da təpər olmalı deyilmi?O körpüdən keçən beş adam-on adam desə qəbz vermirsənsə pul vermədən keçirəm,nə edəcək o Dəli Domrul?İnanın ki heç bir şey.Rus,ukraynalı,moldovan,gürcü-filan belə məqamlarda özləri bircə dəqiqəyə işi çox asanlıqla yoluna qoyar və o fırıldaq işbazlar bir daha oralarda görünməz.Oralarda belə işlər ona görə baş tutmur.Vermirəm,vəssalam,hünərin var bizi buraxma.Aaaa!Bu qədər də qoyun olmaq olmaz vallah.Qanunidirsə qəbz ver,yox əgər qəbz vermirsənsə cəhənnəm ol.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol