Çin dəniz donanması bazar günü “strateji su yollarının təhlükəsizliyini qorumaq” məqsədi ilə Yapon dənizində Rusiya dəniz və hava qüvvələrinə qoşulmaq üçün yola düşüb.
“AzPolitika.info” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Çin Müdafiə Nazirliyi məlumat yayıb.
"Şimal/Qarşılıqlı Fəaliyyət-2023" kod adlı təlim Moskvanın Ukraynaya təcavüzündən sonra Çin və Rusiya arasında hərbi əməkdaşlığı gücləndirir və Pekinin ABŞ-a qarşı müqavimətini davam etdirdiyi bir vaxtda keçirilir.
Nazirlik bazar günü rəsmi “WeChat” hesabında bildirib ki, beş döyüş gəmisi və dörd gəmi vertolyotundan ibarət Çin donanması şərqdəki Qingdao limanını tərk edib və "əvvəlcədən müəyyən edilmiş ərazidə" Rusiya qüvvələi ilə görüşəcək.
Şənbə günü nazirlik Rusiya dəniz və hava qüvvələri ilə birgə Yapon dənizində keçirilən təlimdə iştirak edəcəyini bildirib.
“Global Times” dövlət qəzeti hərbi müşahidəçilərə istinadən yazır ki, bu, hər iki Rusiya qüvvələrinin ilk dəfə iştirak etdiyi təlimdir.
Rüfət
“AzPolitika.info”


Şərhlər