Menu

“Biz də kasetli bombalardan istifadə edə bilərik” – Putin

16.07.2023, 20:01
“Biz də kasetli bombalardan istifadə edə bilərik” – Putin

Rusiya Federasiyası Ukrayna tərəfindən kasetli bombalarından istifadəsinə cavab olaraq, eyni tip sursatlardan istifadə etmək hüququnu özündə saxlayır.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin xəbərdarlıq edib.

"Rusiyada müxtəlif tipli kasetli bombalarını kifayət qədər ehtiyatı var. Bu günə qədər biz bundan istifadə etməmişik və məlum qıtlığa baxmayaraq, belə fikrimiz olmayıb” – deyə, dövlət başçısı bildirib.

Prezident qeyd edib ki, Rusiyaya qarşı kasetli sursatlardan istifadə edərkən “güzgü tədbiri” görmək hüququnu özündə saxlayır.

Rusiyanın dövlət başçısı əmindir ki, Ukraynaya kasetli bombaların tədarükü və onlardan istifadə cinayət hesab edilməlidir.

Putin hesab edir ki, ABŞ ümumi mərmi çatışmazlığı səbəbindən Ukraynanı kasetli bombalarla təmin edir.

“Onlar bunu yaxşı həyatlarına görə deyil, ümumiyyətlə, sursat çatışmazlığına görə edirlər”, - Rusiya Prezidenti bildirib.

Putin xatırladıb ki, “Ukrayna ordusu döyüş əməliyyatlarına gündə 5-6 min 155 kalibrli mərmi sərf edir, ABŞ isə ayda 15 min ədəd istehsal edir”.

"Avropada da bu qədər mərmi yoxdur”, - deyən Putin əlavə edib: “Odur ki, kasetli bombaların istifadəsini təklif etməkdən daha yaxşı bir şey tapmadılar”.

İyulun 13-də ABŞ Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinin Əməliyyatlar İdarəsinin rəisi general Duqlas Sims Ukrayna Silahlı Qüvvələrinin ABŞ-dan kasetli bombalar aldığını açıqlayıb.

Rüfət

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol