Menu

ABŞ ukraynalı pilotların “F-16” təlimlərini gecikdirir - Təlimlər nə vaxt başlayacaq?

17.07.2023, 11:49
ABŞ ukraynalı pilotların “F-16” təlimlərini gecikdirir - Təlimlər nə vaxt başlayacaq?

"Danimarka və Hollandiyanın başçılıq etdiyi 11 ölkədən ibarət koalisiya NATO-nun Vilnüs sammitində ukraynalılara “F-16” və digər döyüş təyyarələrində təlim keçməklə bağlı rəsmi razılıq verib. Avropa rəsmiləri təlimlərin avqustda Danimarkada başlamasını, həmçinin Rumıniyada təlim mərkəzinin yaradılmalı olduğunu bildiriblər. Lakin sammitdə iştirak edən Avropa rəsmilərinin dediyinə görə, ABŞ hələki F-16 təlimləri ilə bağlı rəsmi şəkildə razılıq verməyib".

"AzPolitika.info" xəbər verir ki, bu barədə ABŞ-ın "The Politico" nəşrində yayımlanan məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, ABŞ-ın rəsmi təsdiqi olmadığı müddətcə, ukraynalı pilotların “F-16” təlimləri başlaya bilməz.

Pentaqonun sözçüsü Qarron Qarn bildirib ki, Prezident Co Bayden proqrama yaşıl işıq yandıracaqlarıyla bağlı vəd versə də, ABŞ Qərb ölkələrinin rəsmi sorğusunu hələ də nəzərdən keçirir.

Ukraynanın yüksək səviyyəli rəsmiləri isə “F-16”-lara təcili ehtiyac duyduqlarını deyirlər.

Ukrayna Prezidenti Volodimir Zelenski bu ayın əvvəlində NATO sammiti ərəfəsində çıxış edərək, ukraynalı pilotlar üçün keçiriləcək təlimlərin gecikməsi səbəbindən Qərbi tənqid edib.

Zelenski təyyarələrin nə vaxt təhvil veriləcəyi ilə bağlı suala cavabında bunları deyib: “Mən də hörmətli tərəfdaşlarımıza eyni sualı vermək istərdim. Biz razılaşdıq. Ukraynalı pilotlar üçün təlimlərə başlamağa hazır olan ölkələr var. Lakin təlim missiyaları üçün heç bir cədvəl yoxdur və onlar bunu gecikdirirlər. Niyə belə etdiklərini bilmirəm".

Sözügedən təlimlərin ən yaxşı halda oktyabr ayında Rumıniyada başlayacağı bildirilir. İlk etapda təlimdə 6-9 ukraynalı pilotun iştirakı planlaşdırılır.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol