Məlumat verildiyi kimi, Rusiyanı işğal olunmuş Krımla birləşdirən Krım körpüsü partladılıb. Krımının qondarma “rəhbəri” Sergey Aksenov teleqramda bildirib ki, fövqəladə vəziyyətlə əlaqədar Krım körpüsündə nəqliyyatın hərəkəti dayandırılıb.

"145-ci dayaq məntəqəsində fövqəladə hadisə baş verib. Hüquq-mühafizə orqanları və bütün cavabdeh qurumlar işləyir".

“AzPolitika.info” xəbər verir ki, Ukrayna mətbuatında partlayışla bağlı Ukrayna xüsusi xidməti və Silahlı Qüvvələrdəki mənbələrə istinadla məlumat dərc edilib. Məlumatda deyilir ki, partlayış Ukrayna Təhlükəsizlik Xidməti və Hərbi Dəniz Qüvvələrinin birgə əməliyyatının nəticəsidir.

“Körpüyə suüstü dronlar vasitəsilə hücum edilib. Körpüyə çatmaq çətin idi. Ancaq sonda buna nail olundu”, - deyə Ukrayna Təhlükəsizlik Xidmətinin adı çəkilməyən nümayəndəsi “RBK-Ukrayna”-ya açıqlamasında bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə və mətbuatda yayımlanan kadrlardan körpünün azı iki keçidinin sıradan çıxaraq, suya düşdüyü görünür.

Ukrayna “Cənub” könüllülər ordusunun komandiri Sergey Bratçuk isə mətbuata ironiya ilə bildirib ki, Krım körpüsü Rusiyanın dinc Ukrayna şəhərlərinə buraxdığı İranın “Şahed” dronları ilə patrladılıb”.


“AzPolitika.info”