Menu

Pakistanda 2,5 milyondan çox əfqan mühacir var

17.07.2023, 15:53
Pakistanda 2,5 milyondan çox əfqan mühacir var

Pakistanda 2,5 milyondan çox əfqan mühacir yaşayır və onlardan 300 mini qanuni sənədlərə malik deyil.

“AzPolitika.info” “Tolo news”a istinadən xəbər verir ki, bunu Əfqanıstanın Kəraçidəki konsulu Əbdül Cabar Təxari bildirib. Taxari Pakistandakı əfqan mühacirlərin problemlərini həll etməyə çalışdıqlarını deyib və əlavə edib ki, bu ölkədə qanuni sənədləri olan mühacirlərin ümumi sayı 2 milyon 106 min 658 nəfərdir.

Bu arada Pakistanın BMT-dəki daimi nümayəndəsinin müavini Aamir Xan ölkəsinin bundan sonra əfqan qaçqınlarını qəbul edə bilməyəcəyini söyləyib: “Əfqanıstandakı humanitar və iqtisadi böhran, aclıqdan sığınacaq axtaran milyonlarla çarəsiz əfqanın yeni axınının qarşısını almaq üçün təcili beynəlxalq yardım tələb edir. Onsuz da yüklənmiş Pakistan yeni qaçqın axını qəbul edə bilməz, onları beynəlxalq birliyin digər üzvləri qəbul etməli olacaqlar”

Miqrantların hüquqları üzrə ekspertlər bildiriblər ki, bu axınları dayandırmaq üçün indiki Əfqanıstan hökuməti öz xalqının normal həyat səviyyəsini təmin etməlidir.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol