Menu

“Facebook” və “Instagram” Norveçdə qadağan olunur

17.07.2023, 18:10
“Facebook” və “Instagram” Norveçdə qadağan olunur

Sosial media nəhəngləri “Facebook” və “Instagram” tezliklə Norveçdə müvəqqəti olaraq qadağan ediləcək.

“AzPolitika.info” “Politico”ya istinadla xəbər verir ki, bu qərar adıkeçən sosial şəbəkələrin istifadəçiləri reklamla hədəfləmək üçün onları onlayn izləməsi ilə bağlıdır.

Norveç Məlumatların Mühafizəsi Təşkilatı “Facebook” və “Instagram”ın ana şirkəti olan “Meta” texnologiya firmasından tələb edib ki, Norveçdə istifadəçilərə onlayn fəaliyyətləri və təxmin edilən yerləri əsasında fərdiləşdirilmiş reklamlar göstərməyi dayandırsın. Qadağa avqust ayından başlayır.

Norveçin “Datatilsynet” agentliyi yazır ki, “Meta”-nın “Facebook” və “Instagram”da reklam təcrübəsi hazırda “çox qeyri-şəffaf və müdaxiləli monitorinq və profilləşdirmə əməliyyatları vasitəsilə çox özəl şəxsi məlumatların işlənməsini” nəzərdə tutur.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol