Menu

Polşada təyyarə insanların olduğu anqara çırpılıb, ölənlər və yaralılar var

18.07.2023, 00:02
Polşada təyyarə insanların olduğu anqara çırpılıb, ölənlər və yaralılar var

Polşada “Cessna” şirkətinin yüngülmotorlu təyyarəsi qəzaya uğrayıb. “Report” xarici mətbuata istinadən xəbər verir ki, təyyarə insanların olduğu anqara çırpılıb.

İlkin məlumata görə, hadisə nəticəsində 5 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hazırda hadisə yerinə həkim briqadaları və xilasedicilər cəlb edilib.

Qəzanın səbəbi məlum deyil.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol