“Belaruskali” dövlət şirkətinə məxsus olan düşərgədə ukraynalı uşaqların arasında Rusiyayönlü təbliğatların aparıldığına dair məlumatlar yayılıb.
“AzPolitika.info” UNİAN-a istinadla xəbər verir ki, uşaqların Ukraynadan deportasiya edilməsində Belarusun iştirakına sübut kimi “Dubrava” düşərgəsindən videoçarx Beynəlxalq Cinayət Məhkəməsinə təqdim edilib.
“The Telegraph” tərəfindən yayımlanan videoda belaruslu müğənnilər Aleksandra və Valentina Qruzdeva Minsk vilayətindəki düşərgədən olan uşaqlara müraciət edirlər. Onlar uşaqlara deyirlər: “Bizim sülh içində yaşayaq, Bayden gəbərsin, Allah məni bağışlasın, Zelenski də... Putin isə çiçəklənsin və bütün Ukraynaya nəzarət etsin”.
Belarus müxalifətinin Milli Antiböhran İdarəetmə qrupunun hesablamalarına görə, ötən ilin sentyabrından bəri təxminən 2150 ukraynalı uşaq Belarusdakı ən azı dörd düşərgəyə gətirilib. Onlar hesab edirlər ki, bu ilin payızına qədər onların sayı 3000 nəfərə çatacaq.
Uşaqlar “Ostroşitski Qorodok” sanatoriyasına, “Zubrenok” milli uşaq təhsil-sağlamlıq mərkəzinə, Belaruskali dövlət şirkətinə məxsus Dubrava uşaq düşərgəsinə və “Qızıl qum” sanatoriyasına aparılır.
Müxalifətçilər bildiriblər ki, bu proseslərin maliyyələşdirilməsinin təşkili ilə bağlı tapşırıqları şəxsən Aleksandr Lukaşenko verib. Onlar məhkəməyə başqa materialları da təqdim ediblər.
Yazda Belarus müxalifətçiləri bildiriblər ki, ölkə hökuməti Rusiyaya uşaqların Ukraynadan deportasiyasına kömək edir. Onların sözlərinə görə, uşaqları Belarus ərazisindəki müəssisələrə aparırlar, və orada onlara “öz” tarixlərini sırımağa çalışırlar.
Milli Müqavimət Mərkəzinin məlumatına görə, bu prosesə Belarus Milli Paralimpiya komandasının üzvü Aleksey Talay cəlb olunub.
Ukrayna rəsmilərinə hazırda rus işğalçıları tərəfindən Ukrayna ərazisindən qaçırılan 19 min 393 uşağın adı məlumdur.
Rüfət
AzPolitika.info


Şərhlər