Menu

Koçaryanın bütün ailəsi prokurorluğa çağırılıb - Əmlakları müsadirə edilir

18.07.2023, 13:41
Koçaryanın bütün ailəsi prokurorluğa çağırılıb - Əmlakları müsadirə edilir

Vaxtilə Azərbaycana meydan oxuyan, əli günahsız həmvətənlərimizin qanına bulaşmış, hazırda isə ən rəzil günlərini yaşayan Ermənistanın sabiq prezidenti, hərbi cani Robert Koçaryanın korrupsiya cinayətlərilə bağlı hüquqi prosedurlar davam edir.

“AzPolitika.info” Ermənistan mətbuatına istinadla xəbər verir ki, Koçaryanın bütün ailə üzvləri prokurorluğa çağırılıb. Onların arasında Koçaryanın gəlinləri də var. Prokurorluq bu şəxsləri Koçaryanın oğurladığı var-dövlətin, əmlakların müsadirəsilə bağlı prosedurda iştirak etmək üçün çağırıb.

Qeyd edək ki, bundan öncə Ermənistan Anti-korrupsiya məhkəməsi Koçaryan ailəsinin qanunsuz ələ keçirdiyi əmlakların müsadirə edilməsinə dair qərar çıxarıb.  

“AzPolitika.info

Şərhlər

Senan 2023-07-18 19:12:13

Bəs bizdə mūsadirə deyilən heç leksikonumuzda yoxdur.əksinə gedən oğrulara ūstəlik ordendən zaddan əlavə verilir...

Mubariz 2023-07-18 16:19:39

Halaldı Paşik ,Xocalı cəlladlarını biz cəzalandıra bilmədik ,Serjiki də torbaya sal, ağızlarını bağla ,bizlərlərdən sənə bir « molodes » düşəcək

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol