Menu

Pakistanın keçmiş müdafiə naziri yeni siyasi partiya yaradıb

18.07.2023, 16:49
Pakistanın keçmiş müdafiə naziri yeni siyasi partiya yaradıb

Pakistanın sabiq müdafiə naziri, Pakistan Tehreek-e-Insaf-ın (PTI) keçmiş liderlərindən biri olan Pərviz Xattak Pakistan Tehreek-e-Insaf Parliamentarian (PTI-P) adlı yeni siyasi partiyanın yaradıldığını elan edib. O, “qərarımız ölkənin maraqlarına uyğun olacaq” deyib və tezliklə partiyanın manifestini və bayrağının rəngini açıqlayacağını söyləyib.

“AzPolitrika.info” “The Express Tribune”ya istinadla xəbər verir ki, yeni partiyanın fəaliyyətə başlaması PTI-dən qopmalara səbəb ola bilər. Çünki keçmiş Hayber Paxtunhva valisi Mehmud Xan da daxil olmaqla əyalət və Milli Məclisinin ən azı 57 üzvünün PTI-P-yə qoşulacağı iddia edilir. Liderlər arasında İştiaq Armar, Ziaullah Banqaş, Qazan Camal, Ağa Qandapur, Ahteşam Caved, Əhməd Hüseyn Şah, Fəlak Naz, İbrahim Xattak, Malik Caved, Arbab Vaseem və digərlərinin adı çəkilir.

Ancaq adları çəkilən tanınmış simalar P.Xattakın yeni partiyasının üzv olmadıqlarını, PTI-yə və onun sədri İmran Xana sarsılmaz sadiqliklərini bəyan ediblər.

Bir ara İmran Xanın rəhbərlik etdiyi partiyanın mətbuat xidməti məlumat yayıb ki, PTI üzvlərini üsyana təhrik etmək iddialarına görə Hayber Paxtunxvannın keçmiş baş naziri və partiyanın yüksək səviyyəli lideri Pərviz Xattakın partiya üzvlüyünə xitam verilib.

SƏMLA

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol