Menu

Urmu gölündə suyun səviyyəsi son 60 ilin ən aşağı həddinə çatıb

18.07.2023, 18:07
Urmu gölündə suyun səviyyəsi son 60 ilin ən aşağı həddinə çatıb

Bu ilin iynunda Urmu gölünün səviyyəsi 1964-cü ildən bəri qeydə alınan ən aşağı səviyyədə idi və hazırda suyun həcmi 2014-cü ilin göstəricisindən daha azdır.

“AzPolitika.info” xəbər verir ki, İranın ən böyük, dünyanın isə 25 ən böyük gölündən biri olan Urmuda suyun səviyyəsi son dərəcə kritik həddə çatıb.

Araşdırmaların nəticəsi göstərir ki, Urmu gölünün səviyyəsi son 60 ilin ən aşağı həddinədək azalıb.

Qeyd edək ki, bu göl hazırda, sözün əsl mənasında, can verir və İran hökuməti gölün bərpasına hələ də biganə yanaşır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol