Menu

"4 gün ərzində məni həbs gözləyir” - Tramp

18.07.2023, 18:08
"4 gün ərzində məni həbs gözləyir” - Tramp

“Yaxın 4 gün ərzində Konqresin binasına hücuma görə məni həbs gözləyir”.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ-ın keçmiş Prezidenti Donald Tramp bildirib.

Onun sözlərinə görə, yaxın 4 gündə onu Kapitoliyaya hücum işində ittiham edərək, həbs edə bilərlər.

Qeyd edək ki, 2021-ci il yanvarın 6-da ABŞ-ın 45-ci prezidenti Donald Trampın məğlub olduğu 2020-ci il prezident seçkisinin nəticələrini ləğv etmək cəhdlərini dəstəkləyən etirazçılar Kapitoliyaya hücum ediblər. Cozef Bayden həmin siyasi kampaniyanın qalibi olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol