Menu

ABŞ kənd təsərrüfatının dəstəklənməsi üçün Ukraynaya 250 milyon dollar ayırıb

18.07.2023, 20:50
ABŞ kənd təsərrüfatının dəstəklənməsi üçün Ukraynaya 250 milyon dollar ayırıb

ABŞ kənd təsərrüfatı sektorunu dəstəkləmək üçün Ukraynaya daha 250 milyon dollar ayırmağa qərar verib.

“Report” xəbər verir ki, bu barədə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) məlumat yayıb.

“Əlavə 250 milyon dollarla USAID Ukraynada suvarma sistemləri, taxıl elevatorları, yük daşıma məntəqələri, liman və sərhəd infrastrukturu kimi mühüm kənd təsərrüfatı infrastrukturunu genişləndirməyə davam edəcək”, - sənəddə deyilir.

Qeyd edilir ki, bu vəsait həm də kiçik və orta biznesin dəstəklənməsinə yönəldiləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol