Menu

Azərbaycanda küçələrdə qalan uşaqların sayı açıqlanıb

19.07.2023, 12:11
Azərbaycanda küçələrdə qalan uşaqların sayı açıqlanıb

Küçə uşaqları çox azdır, valideyn diqqətindən yayınaraq küçələrdə qalan uşaqlar var. Bu çox ağrılı mövzudur.

Trend-in məlumatına görə, bunu bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2023-cü ilin ilk 6 aylıq fəaliyyətinə həsr olunmuş brifinqdə deyib.

"Azərbaycanda 2022-ci ildə küçə uşağı kimi qeyd edilən uşaqların sayı cəmi 3-dür. 2021-ci ildə isə bu rəqəm 19 olub. Bu rəqəm belə bizi üzür. Amma dünya ölkələri ilə müqayisədə, bizdə vəziyyət yaxşıdır. Küçələrdə olan uşaqlar müxtəlif kateqoriyalar üzrə o vəziyyətdədir.

Düşünürəm ki, onlar üçün reabilitasiya proqramı hazırlanmalıdır. Burada ən qabaqcıl ölkələrin təcrübəsini tətbiq edirik. Dövlət olaraq həmin uşaqlara təhsil hüququ, sığınacağa yerləşdirilməsi təklif edilsə də, onlar bundan imtina edirlər. Biz onları məcbur edə bilmərik.

Sizə deyim ki, təkcə uşaqlar yox, ali təhsilli, bir çox dil bilən insanlar da küçə həyatını seçir. Bunun səbəbi bizə məlum deyil. Amma bu məqam yalnız bizdə deyil, başqa ölkələrdə də eynidir. Düşünürəm ki, bu və ya digər formada həmin uşaqların gələcəyini xilas etmək üçün görülən tədbirlər daha da artırılacaq", - deyə B.Muradova qeyd edib.

Şərhlər

t.ədalət 2023-07-19 14:11:30

Azərbaycandakı idarəetmənin savadsızlığı nəticəsində iş yerləri yoxdur.Nəticədə valideynlər öz balaları qarşısında aciz qalır.Talanan və oğurlanan təbii sərvətlər isə ancaq bir ailənin gəlir mənbəyinə çevrilib.Xaricə ötürülən pullar sonda ermənilərə qalacaq.

Mahir müəllim 2023-07-19 13:36:01

Bu dövlətin uşaqlara göstərdiyi "qayğı"nın nəticəsidir.

Canahgir 2023-07-19 12:29:52

Küçədə qalan uşaqıarı saymaq ox.onların bu hala salınmasında günahkar hakimiyyəti tənqid etmək faydalı olardı.Niyə uşaq küçədə qalmalıdır?Ölkə əhbərliyi əhali iə niyə məşğul olmur? Hakimiyyət niyə insanlara normal həyat şəraiti ilə təmin etmir? İşsizlik,aşağı maaş,pensiya v sai milləti zor duruma salıb..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol