Menu

"UNEC-də magistraturaya qəbul planı 99,2% dolub" - Rektor açıqladı

19.07.2023, 21:04
"UNEC-də magistraturaya qəbul planı 99,2% dolub" - Rektor açıqladı

"İlkin tur ixtisas seçimində 2.387 magistr UNEC-i seçib". 

"AzPolitika.info" xəbər verir ki, bu barədə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov öz "facebook" səhifəsində məlumat verib.

Rektor qeyd edib ki, UNEC-də magistraturaya qəbul planı 99,2% dolub. 

"MBA-da bütün yerlər tutulub. Bütövlükdə, Azərbaycanda magistraturaya qəbul olanların (13286 nəfər) 18 faizi məhz UNEC-in payına düşür"  - deyə , professor Ədalət Muradov qeyd edib.

Rektor sonda magistrantları təbrik edib: "Magistraturaya qəbul olanların hər birini təbrik edir, uğurlar arzu edir, UNEC-i seçənlərin hər birinə təşəkkür edirəm."

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol