Menu

“Qaya” ansamblının rəhbəri vəfat edib

20.07.2023, 00:23
“Qaya” ansamblının rəhbəri vəfat edib

“Qaya” dövlət vokal instrumental ansamblının rəhbəri Rüfət Babayev vəfat edib.

“Report” xəbər verir ki, bu barədə Xalq artisti Cəmil Əmirov sosial şəbəkə hesabında yazıb.

C.Əmirov qeyd edib ki, R.Babayev Rusiyanın paytaxtı Moskvada ürəktutmadan dünyasını dəyişib.

Qeyd edək ki, Rüfət Babayev “Qaya”nın mərhum bədii rəhbəri Rauf Babayevin oğludur.

Allah rəhmət eləsin.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol