Menu

Bərdədə 16 yaşlı oğlan traktordan yıxılaraq ölüb

20.07.2023, 10:07
Bərdədə 16 yaşlı oğlan traktordan yıxılaraq ölüb

Bərdədə sərnişin traktordan yıxılaraq ölüb.

“Report”un xəbərinə görə, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xaqani Qasımovun idarə etdiyi “T 28X4 MS” markalı traktor ilə hərəkətdə olan zaman texnikanın yedeyində olan sərnişin qismində əyləşən 2007-ci il təvəllüdlü Paşayev Davud Saleh oğlu yıxılıb. Sərnişin aldığı bədən xəsarətlərindən hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaqı aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol