Menu

“Vaqner” Belarus hərbçiləri ilə təlimlərə başlayır

20.07.2023, 13:27
“Vaqner” Belarus hərbçiləri ilə təlimlərə başlayır

Belarus Silahlı Qüvvələri öz liderləri Yevgeni Priqojinin Rusiyadakı uğursuz üsyanından sonra ölkəyə gələn “Vaqner” döyüşçüləri ilə birgə hərbi təlim keçirəcək.

“AzPolitika.info” xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Bir həftə ərzində xüsusi əməliyyat qüvvələrinin bölmələri “Vaqner” hərbçiləri ilə birlikdə Brestski poliqonunda döyüş hazırlığı tapşırıqlarını icra edəcəklər”,-deyə məlumatda bildirilir.

Xatırladaq ki, Y. Priqojinin Rusiyadakı uğursuz üsyanından sonra “Vaqner” döyüşçülərinin bir hissisəi Belarus ərazisinə yerləşib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol