“Mən Türkiyənin Rusiya ilə açıq silahlı qarşıdurmaya gedə biləcəyinə şübhə ilə yanaşıram. Çünki Türkiyə NATO-nun üzvüdür və baş verə biləcək istənilən qarşıdurma NATO-nun müdaxiləsi deməkdir. Rusiya bu cür hərəkətlərə yol verərsə, özü üçün ikinci cəbhə açmış olar”.
“AzPolitika.info” xəbər verir ki, bunu Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar Qara dənizdə Türkiyə və Rusiya donanmaları arasında toqquşmanın olub-olmayacağıyla bağlı danışarkən deyib.
Səfir eyni zamanda Ankaranın “taxıl müqaviləsi”ni uzatmağa çalışdığını və çox güman ki, diplomatik və ya iqtisadi təsir rıçaqlarından istifadə edə biləcəyinə diqqət çəkib.
Diplomatın sözlərinə görə, Rusiya dünya bazarlarında Ukraynanı əvəz etmək, həmçinin müəyyən sanksiyaların ləğvini tələb edərək, məsuliyyətdən azad olmaq niyyətindədir.
“AzPolitika.info”


Şərhlər
Türkiyə-Rusiya qarşıdurması yaranarsa NATO kəsinliklə buna qoşulmayacaq.Çünki Qərbin on ildən çoxdur ki,əsas məqsədi budur və nə olur-olsun Kılıçdaroğlu kimi bir ağılsızın Türkiyənin başına gətirilmək istənməsi də yalnız və yalnız bu səbəbdən idi.Hələ əksinə,Türkiyəyə qalib gəlməsi üçün Rusiyaya hər bir dəstəyi verərlər.Katolik-pravoslav-protestant deyə məzhəb ayrılıqlarını unudub vahid xristian-səlibçi birliyi kimi Türkiyəni didməyə çalışarlar.Bəs Rusiya buna gedərmi?Yavaş-yavaş məhv olmağa doğru gedən,dünya ilə əlaqələri üzülən Rusiya Qərbin təkrar sevgisini qazanmaq üçün nəyə desən gedər.Əsas məsələ Putini belə bir addımın doğruluğuna və Rusiyanın xilası naminə belə bir qarşıdurmaya başlamasına inandırmaqdır.Bir sıra Qərb dövlətlərinin Ukraynaya yardım məsələsinə artıq soyuq yanaşmaları,Ukraynanı işğalla barımaq üçün dilə tutmaları çox şeydən xəbər verir.Belə ki Rusiya Türkiyə ilə qarışıqlıq salarsa həm Rusiya xilas olmuş olar,həm də Ukrayna və bütün Şərqi Avropa rus təhlükəsindən.Putin bu addımı atmaz kimi görünür,amma Rusiya yalnız Putindən ibarət deyil və də Putinin nə hakimiyyəti,nə də ömrü əbədi deyil.Sabah Putin gedər,yerinə başqası gələrsə böyük bir ehtimalla yeni rus-türk qarşıdurması yaranacaq; Rusiyanın üzdə olmayan dərin dövləti artıq bunun əsasını qoymağa başlayıb.