Menu

Britaniya Afrikada “Vaqner”lə əlaqəli şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq edib

20.07.2023, 15:25
Britaniya Afrikada “Vaqner”lə əlaqəli şəxs və şirkətlərə qarşı sanksiyalar tətbiq edib

Böyük Britaniya hökuməti “Vaqner” şirkəti ilə əlaqəli olduğu iddia edilən Mərkəzi Afrika Respublikası, Sudan və Malidə səkkiz şəxs və beş şirkətə qarşı sanksiyalar tətbiq edib.

“AzPolitika.info” TASS-a istinadla xəbər verir ki, müvafiq tədbirlər Böyük Britaniya Xarici İşlər Nazirliyinin cümə axşamı dərc etdiyi sanksiyalar siyahısının yeni variantına daxil edilib.

Sanksiyalar arasında Yevgeni Priqojinin əlaqəsi olduğu iddia edilən, Sudanda qızıl hasilatı ilə məşğul olan “M Invest”, Sudanın “Maroe Gold” və “Al-Solag Mining Company”, həmçinin Mərkəzi Afrika Respublikasında fəaliyyət göstərən “Lobaye Invest Sarlu” və “Sewa Security” şirkətləri də var.

Siyahıya Britaniya Xarici İşlər Nazirliyinin Priqojinin strukturlarının işçiləri və ya “Vaqner”in bölmələrinin komandirləri hesab edilən səkkiz nəfər də daxildir.

Rüfət

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol