Menu

İraq İsveç səfirini "persona non-grata" elan edib

20.07.2023, 16:04
İraq İsveç səfirini "persona non-grata" elan edib

İraq hökuməti İsveçin Bağdaddakı səfiri Cessika Svardstryomun ölkədən çıxması haqqında qərar qəbul edib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İraq Baş nazirinin ofisindən bildirilib.

İraq hökuməti qeyd edib ki, Quranın Stokholmda yandırılması təkrarlanarsa, rəsmi Bağdad İsveçlə diplomatik əlaqəni tamamilə kəsəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol