Ukrayna İyulun 21-dən etibarən Qara dənizdə Rusiya dəniz limanları istiqamətində üzən gəmiləri potensial olaraq hərbi yük daşıyanlar hesab edəcək.
“AzPolitika.info” xəbər verir ki, bu barədə iyulun 20-də ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Kiyev iyulun 20-də səhər saat 5-dən Şimal-Şərqi Qara dəniz və Kerç boğazı ərazilərində gəmiçiliyin bağlandığını elan edib.
"Dənizçilər üçün müvafiq naviqasiya məlumatları artıq açıqlanıb", - məlumatda deyilir.
“Moskva” kreyserinin taleyi sübut edir ki, Ukrayna müdafiə qüvvələri Rusiyanın dənizdəki təcavüzünü dəf etmək üçün lazımi vasitələrə malikdir”, - nazirlik bildirib. Xatırladaq ki, Rusiya gəmisi 2022-ci ilin aprelində raket zərbəsi ilə batıb.
2014-cü ildən sonra Rusiya Ukrayna dənizçiləri tərəfindən Nikolaev limanında batırılan flaqman “Hetman Saqaidaçnı” istisna olmaqla, Ukrayna donanmasının bütün iri gəmilərini ələ keçiribvə ya batırıb. Bununla belə, Ukraynanın gəmi əleyhinə raketləri və uzaq məsafədən hədəflərə hücum edə bilən dəniz dronları var.
İyulun 19-da Rusiya Müdafiə Nazirliyi Ukrayna limanlarına gəmilərin daxil olmasına qadağa qoyulduğunu elan edib. Nazirliyin bəyanatındadeyilir ki, akvatoriyada Ukraynaya gedən bütün gəmilər potensial hərbi yük daşıyıcıları hesab olunacaq.
Beynəlxalq suların şimal-qərb və cənub-şərq hissələrində bir sıra dəniz əraziləri naviqasiya üçün müvəqqəti təhlükəli elan edilib.
ABŞ Milli Təhlükəsizlik Şurasının sözçüsü Adam Hodc xəbərdarlıq edib ki, Rusiya mülki gəmilərə hücuma hazırlaşa bilər. Ukrayna limanlarında minaların düzülməsi barədə məlumat verilib.
“AzPolitika.info”


Şərhlər